
Messi PSJ-ni hədələdi
- 09 İyl 2022 19:30
- 484
Fransanın PSJ klubunun argentinalı ulduzu Lionel Messi klub rəhbərliyini öz gedişi ilə hədələyib.
Rekord.az xəbər verir ki, belə bir iddia ilə "El Nacional" nəşri çıxış edib.
Məsələ burasındadır ki, "Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldunu öz heyətində görmək istəyənlər arasında PSJ də var. Fransa klubu Kriştianunu heyətinə qatarsa Messi Paris klubunu tərk edəcəyini bildirib.
Leo Messi hələ də Ronaldu ilə fərqli klublarda rəqabət aparmaq istəyir.