"Barselona"nın kapitanı Lionel Messi "Atletiko"nun qapıçısı Yan Oblakı tərifləyib.

Rekord.az "Bud Football"a istinadən xəbər verir ki, o, sloveniyalı qolkiperin dünyanın ən yaxşı qapıçılarından biri olduğunu deyib:

"Onunla meydanda görüşməyimiz çox xoşdur. Ən yaxşılarla rəqabət etmək həmişə yaxşıdır, hər matçda qol vurmağa həvəsləndirir.Oblakla küçədə və futbol meydançasında görüşmək məni sevindirir. Həyəcanverici bir mühit yaradır".

Qeyd edək ki, Oblak bu mövsüm 13 matçda 5 qol buraxıb.