Azərbaycanlı FİFA referisi Elçin Məsiyev U-21 Avropa çempionatının Çexiya - İngiltərə matçını idarə edib.


Rekord.az xəbər verir ki, B qrupunun 1-ci tuunun görüşü Dunayska Stredada keçirilib. Qarşılaşmada İngiltərə 3:1 hesablı qələbə qazanıb.


Məsiyev bu oyunda cəmi 1 sarı vərəqə göstərib. O, 1-ci dəqiqədə Elliot Andersonu cəzalandırıb.


Elçin Məsiyevlə yanaşı, bu oyuna yan xətt hakimləri kimi Elşad Abdullayev və Pərvin Talıbov da təyinat almışdılar.