Futbol üzrə dünya çempionatında Mərakeş və Haiti yığmaları arasında keçirilən C qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.


Rekord.az xəbər verir ki, afrikalıların heyətində Əşrəf Hakimi oyunun ən yaxşısı adına layiq görülüb.


Qeyd edək ki, müdafiəçi görüşdə 1 qol və 1 assistlə yadda qalıb. Mərakeş Haiti seçməsini 4:2 hesabı ilə məğlub edib.