Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Drita” (Kosovo) üzərində qazandıqları qələbəni şərh edib.

Rekord.az xəbər verir ki, yeni baş məşqçinin rəhbərliyi altında 2:0 hesablı qələbə qazanan Polşa təmsilçisi pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”a rəqib olub.

Mixneviç matçdan sonra keçirilən mətbuat konfransında artıq Azərbaycan çempionu ilə görüş barədə düşündüklərini söyləyib:

“Meydanda etməli olduğumuz işi gördük. Bəzi hallarda istədiyim kimi oynadıq, amma çox çalışmalı olduğumuz məqamlar var. Pley-offa daha yaxşı hazırlaşmalıyıq. “Qarabağ”ı hərtərəfli təhlil etməliyik. Düşünürəm ki, bazar günü rəqibimiz barədə hazır material əldə edəcəyik. Məqsədimiz qrupa vəsiqə qazanmaqdır. Polşa çempionatındakı görüşümüzün təxirə salınması “Qarabağ”la matça hazırlaşmaq baxımından bizə əlavə vaxt qazandırdı. Bundan da maksimum yararlanacağıq. Nəticə ya xeyrimizə işləyəcək, ya da yolunda olmayan nələrinsə olduğunu ortaya çıxaracaq”.

Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.