“Məni heç kim dayandıra bilməz” - Zaretska
- 14:30
- 26
Azərbaycan karateçisi İrina Zaretska (68 kq) onu heç kimin dayandıra bilməyəcəyini düşünür.
Rekord.az xəbər verir ki, 29 yaşlı idmançı bu barədə şəxsi instaqram hesabında yazıb.
Təcrübəli karateçi Misirin paytaxtı Qahirədə keçirilmiş dünya çempionatında bürünc medal qazanması ilə bağlı fikirlərini bölüşüb:
"Üçüncü yer uğrunda qarşılaşma inanılmaz idi. Yarımfinal mərhələsində səhv etdim. Bu, finala yüksəlməyimə və daha böyük uğur əldə etməyimə mane oldu. Buna baxmayaraq, güclü və güzəştsiz olduğum üçün fəxr edirəm. Bir daha göstərdim ki, məni heç nə və heç kim dayandıra bilməz".
O, böyüklər arasında dünya çempionatlarında beşinci dəfə mükafatçılar sırasına düşdüyünü xatırladıb:
"Artıq 10 ildir ki, ən yaxşıların sırasındayam. Hələ heç nə bitməyib".
Qeyd edək ki, İrina Zaretska 2014-cü ildəki dünya çempionatında Ukraynanı təmsil edib və bürünc medal qazanıb. O, 2018, 2021 və 2023-cü illərdə Azərbaycan bayrağı altında qızıl medala sahib çıxıb.