Məmmədova "qal, hər şey yaxşı olacaq" dedilər
- 15:00
- 62
Ramiz Məmmədovun "Mingəçevir"dəki taleyinin naməlum olması haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, klubun gələcəyi ilə bağlı naməlumluq, maliyyə problemi, futbolçulara olan borclar Məmmədovu tərəddütdə qoyub.
Aldığımız son məlumata görə, rəhbərlik təcrübəli məşqçiyə "qal, hər şey yaxşı olacaq" vədini verib. Amma Məmmədov yenə də tələsmir və rəhbərliklə üz-üzə oturub danışmaq, şəxsən dillərindən zəmanət almaq istəyir.