Meksikadan maksimum nəticə
- 07:00
- 29
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, daha bir qrupda mübarizəyə yekun vurulub.
A qrupunda Meksika Çexiya yığmasıyla, Cənubi Koreya CAR millisi ilə üz-üzə gəlib.
Meksika Çexiya yığmasına qalib gəlib. Mexiko stadionunda baş tutan bu matçda Şimali Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib. Meksikalıların heyətində 55-ci dəqiqədə Mateo Çaves, 6 dəqiqə sonra isə Xulian Kinyones yerli azarkeşləri ayağa qaldırıblar. Matçda son nöqtəni isə 90+4-cü dəqiqədə Alvaro Fidalqo qoyub.
Cənubi Afrika Respublikası (CAR) isə Cənubi Koreya seçməsi ilə üz-üzə gəlib. Monterrey stadionunda keçirilən oyunda Afrika təmsilçisi minimal hesablı (1:0) qələbə qazanıb. 63-cü dəqiqədə Tapelo Maseko adını tabloya yazdırıb.
Bu qalibiyyət sayəsində CAR xallarının sayını 4-ə çatdıraraq qrupdan çıxıb. Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə əldə edən komandanın bu mərhələdəki rəqibi B qrupunu ikinci sırada başa vuran Kanada seçməsi olacaq. Qrupdakı 3 görüşünü də qələbə ilə başa vuran Meksika 9 xalla A qrupunu lider tamamlayıb. 1 xalla sonuncu olan Çexiya isə mundialla vidalaşıb.
Qeyd edək ki, bu nəticə ilə Meksika millisi tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsində keçirdiyi hər üç oyundan qələbə ilə ayrılıb. Komanda həmçinin 1970-ci ildən bəri ilk dəfə qrup mərhələsindəki bütün görüşlərdə qapısını toxunulmaz saxlamağı bacarıb.