
Medvedev “Qarabağ-2”nin baş məşqçisi oldu
- 28 İyn 2025 22:40
- 146
“Qarabağ”ın əvəzedici komandasında məşqçi dəyişikliyi olub.
Rekord.az xəbər verir ki, Ağdam klubunun sabiq kapitanı Maksim Medvedev əvəzedici komandanın baş məşqçisi təyin olunub.
Maksim ötən mövsüm U-14 komandasında köməkçi məşqçi işləyirdi. O, bu vəzifədə həmin komanda ilə çempion olmuşdu.