
MDB Oyunları: Millimizin finaldakı rəqibi bəlli oldu
- 15:40
- 40
III MDB Oyunlarında Azərbaycanın çövkən millisinin finaldakı rəqibi bəlli olub.
Rekord.az xəbər verir ki, yarımfinalda Qığızıstan Özbəkistanla üz-üzə gəlib.
Şəki şəhər stadionunda baş tutan görüşün əsas və əlavə olunmuş vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Qalib isə penalti zərbələri nəticəsində bəlli olub.
Penalti seriyasında daha dəqiq olan Özbəkistan yığması Qırğızıstanı 2:1hesabı ilə məğlub edərək finala yüksəlib.
Beləliklə, Özbəkistan yığması Azərbaycan millisi ilə finalda qarşılaşacaq.
Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.