Azərbaycanda keçirilən III MDB Oyunlarının çövkən yarışında bürünc medal qazanan komanda müəyyənləşib.


Rekord.az xəbər verir ki, Qırğızıstan kollektivi bürünc mükafata sahib çıxıb.


Yığma üçüncü yer uğrunda görüşdə Qazaxıstana qalib gəlib - 2:0.


Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq. Finalda Azərbaycan və Özbəkistan komandaları qarşılaşacaqlar.