III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.


Rekord.az xəbər verir ki, azərbaycanlı idmançılar Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Hüsnəddinovdan ibarət millimiz 1/4 finalda Belarus yığmasına 45:40 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.


Bu mərhələdə Rusiya komandasına rəqib olan sablyaçılarımız 32:45 hesabı ilə uduzub və bürün mükafata sahib çıxıb.