"Yuventus" transfer bombasını partlatmağa hazırlaşır.

Rekord.az xəbər verir ki, bu barədə İtaliyanın yüksək tirajlı "Tuttosport" nəşri məlumat yayıb.

İddia olunub ki, Turin klubu PSJ-nin ulduzu Kilian Mbappe üçün 395 milyon avroluq təklif hazırlayıb. Paris klubunun bu transferə razılıq verəcəyi ehtimal olunur.

Mbappenin transferi Kriştianu Ronaldunun "Yuventus"u tərk etməsinə səbəb ola bilər. Belə ki, portuqaliyalı ulduz Turin klubunda həftədə 395 min avro maaş alır. Mbappe gələcəyi halda klubun xərcləri artacaq və bu Ronaldunun yola salınması ilə nəticələnəcək. 

Qeyd edək ki, PSJ 2 il öncə "Monako"dan aldığı Mbappenin transferinə 180 milyon avro xərc çəkib. 21 yaşlı futbolçu Paris klubunda keçirdiyi 127 matçda 92 qol vurub.