Macarıstanın paytaxtı Budapeştdəki Masters turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Rekord.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilkin siyahıda 12 idmançının adı göstərilib.

Kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tçkayev (81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Camal Qamzatxanov, Uşangi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaq.

Qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) qüvvəsini sınayacaq.

Yarış 4-6 avqustda baş tutacaq.