
"Mançester Yunayted" Tailanda Ronaldosuz gedəcək
- 08 İyl 2022 11:45
- 452
"Mançester Yunayayted"in futbolçusu Kriştiano Ronaldo komandası ilə Tailanda getməyəcək.
Rekord.az "The Teleqraph"a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu sabahkı Banqkok səfərində iştirak etməyəcək.
Onun Avstraliya toplanışında da komanda ilə birgə olacağı gözlənilmir.
Ronaldo ailə vəziyətini səbəb göstərərək əlavə məzuniyyət alıb. O, artıq dörd gündür ki, məşqdə iştirak etmir.
Qeyd edək ki, 37 yaşlı futbolçunun klubdan ayrılacağı gözlənilir.