"Mançester Yunayted" PSV-nin yarımmüdafiəçisi Kodi Qakpo ilə maraqlanır.

Rekord.az xəbər verir ki, İngiltərə klubu 23 yaşlı futbolçu üçün 34 milyon funt-sterlinq təklif etməyə hazırlaşır. Niderlandlılar yarımmüdafiəçi üçün 38,2 milyon funt-sterlinq istəyir.

PSV Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu gələn həftə “Reyncers”ə qarşı keçirəcəyindən klub oyundan əvvəl razılaşmaq istəmir.