"Mançester Siti"nin  idman direktoru Ferran Soriano maraqlı açıqlam ilə diqqət çəkib.

Rekord.az xəbər verir ki, o, son illərdə qazandıqları uğurların birbaşa maliyyə ilə əlaqələndirməyin doğru olmadığını bildirib.

Klub rəsmisi deyib ki, İngiltərədə futbola onlardan da çox xərc çəkən klublar var: "Son 3-5 ildə İngiltərə futbola yatırılan pullara baxın. Biz heç vaxt  futbolçulara ən çox pul xərcləyən klub olmamışıq. "Çelsi", "Mançester Yunayted", "Arsenal" kimi, bizdən çox pul xərcləyən klublar var. Bizim çox pul xərclədiyimiz üçün uğurlar qazandığımızı demək yalnışlıqdır".