Belçikalı futbolçu Kevin De Bruyne İtaliyanın "Napoli" komandası ilə anlaşıb.


Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


33 yaşlı yarımmüdafiəçinin İngiltərənin "Mançester Siti" klubu ilə sözləşməsinin müddəti başa çatıb. Bu üzdən də o, yeni klubuna azad agent kimi keçib. Müqavilənin müddəti açıqlanmayıb.


De Bruyne "şəhərlilər"in heyətində 422 oyun keçirib, 108 qol və 177 məhsuldar ötürmə ilə yadda qalıb.