Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub. 

Rekord.az xəbər verir ki, son oyun günündə dörd matç keçirilib.

Lider “Mançester Siti” “Nyukasl”ı darmadağın edib.

“Arsenal” öz meydanında “Lids”i yenib.  “Vest Hem” səfərdə “Norviç Siti”ni böyük hesabla üstələyib. “Lester Siti” isə "doğma divarlar arası"nda “Everton”a boyun əyib.

İngiltərə Premyer Liqası
36-cı tur

 

8 may

Arsenal – Lids 2:1
Qollar:
 Nketiah, 5; 10 – Lyorente, 66.

Lester Siti – Everton 1:2
Qollar: 
Daka, 11 – Mikolenko, 6. Holqeyt, 30.

Norviç Siti – Vest Hem 0:4
Qollar: 
Benrahma, 12; 45+3. Antonio, 30. Lanzini, 65-pen.

Mançester Siti – Nyukasl 5:0
Qollar:
 Sterlinq, 19; 90+3. Laporte, 38. Rodri, 61. Foden, 90.

7 may

Börnli – Aston Villa 1:3
Qollar: 
Korne, 90+1 – İnqs, 7. Buendiya, 31. Uotkins, 52.

Brentford – Sauthempton 3:0
Qollar: 
 Yansson, 13. Vissa, 14. Ayer, 79.

Kristal Palas – Uotford 1:0
Qol: 
Zaha, 31-pen.

Çelsi – Vulverhempton 2:2
Qollar: 
Lukaku, 56-pen; 58 – Trinkao, 79. Koadi, 90+7.

Brayton – Mançester Yunayted 4:0
Qollar: 
Kaysedo, 15. Kukurella, 49. Qross, 57. Trossar, 60.

Liverpul – Tottenhem 1:1
Qollar: 
Dias, 74 – Son, 56.

Bu nəticədən sonra xalını 86-ya çatdıran Mançester təmsilçisi turnir cədvəlində yenidən 1-ci pilləyə yüksəlib. "Liverpul" 83 xalla 2-ci, "Çelsi" 67 xalla 3-cüdür.