
“Mançester Siti” futbolçusunu icarəyə verdi
- 26 İyn 2025 18:30
- 41
"Mançester Siti" futbolçusu Juma Banı icarəyə verib.
Rekord.az xəbər verir ki, 19 yaşlı müdafiəçi karyerasını "Nitsa"da davam etdirəcək.
Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Juma Ba ilə 1 illik müqavilə imzalanıb.
Ba 2025-ci ilin yanvarında "Mançester Siti"yə keçib. O, daha sonra "Lans"a icarəyə göndərilib.