“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Rekord.az xəbər verir ki, “şəhərlilər” Serbiya “Partizan”ının 18 yaşlı hücumçusu Filip Stefanoviçi heyətinə qatmağı planlaşdırır.

“Mançester Siti” bu keçid üçün qarşı tərəfə 8 milyon avro ödəməli olacaq.

Stefanoviç bu mövsüm yerli çempionatda 11 oyuna çıxaraq, 3 qol vurub və 2 qolun ötürməsini verib.