Türkiyədə baş verən zəlzələdə voleybolçu kişilərdən ibarət "Malatya Büyükşehir Belediyespor" klubunun 6 voleybolçusu dağıntılar altında qalıb. "Rekord.az" xəbər verir ki, voleybolçulardan 3-ü artıq xilas edilib. Daha 3 oyunçunun isə xilas edilməsi istiqamətində işlər davam etdirirlir.

"Malatya Büyükşehir Belediyespor" Türkiyə çempionatının 2-ci Liqasında mübarizə aparır. Pley-off mərhələsinə yüksələn komandanın 6 oyunçusu təlim-məşq toplanışı çərçivəsində "Kırçuval Otel"ində qalırdı. Binanın uçması nəticəsində voleybolçular da dağıntılar altında qalıb.

Xatırladaq ki, Hatayın qızlardan ibarət voleybol komandasının 14 oyunçusu da dağıntılar altında qalıb.