Almaniyanın 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" də bu gün növbəti matçına çıxıb.


Sözügedən kollektiv səfərdə “Nürnberq”lə qarşılaşıb və 0:3 hesablı məğlubiyyətə üzülüb.


Mahir də bu görüşün iştirakçısı olub. O, 56-cı dəqiqədə meydana buraxılıb.


"Kayzerslautern" turnir cədvəlində 40 xalla 7-ci pillədə qərarlaşıb.