
Mahirdən azarkeşlərə təşəkkür FOTO
- 10 May 2022 10:35
- 526
Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli "İnstaqram" hesabında paylaşım edib.
Rekord.az xəbər verir ki, o, Xorvatiya klubunun azarkeşlərinin stadiondakı şəklini paylaşaraq onlar haqda yazıb: “Böyük dəstəyə görə təşəkkür edirik! Gəlin, titula doğru birlikdə irəliləyək!"
Qeyd edək ki, "Dinamo" Xorvatiya çempionatının 34-cü turunda dünən mərkəzi oyunda "Osiyek"ə 3:0 hesabı ilə qalib gəlib. Hazırda 73 xalı olan Zaqreb təmsilçisi turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Hayduk" 69 xalla 2-ci, "Osiyek" 65 xalla 3-cüdür.