
Mahir Emrelidən “Kayzerslautern”də növbəti qol
- 29 İyn 2025 21:54
- 38
Bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” növbəti yoxlama oyununa çıxıb.
Rekord.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəqibi “Hermersberq” olub.
İlk yarıdan sonra Emrelinin komandası 7:0 hesabı ilə üstün olub. Yekunda isə “Kayzerslautern” 10:0 hesablı qələbəyə sevinib.
Start heyətdə meydana çıxmış azərbaycanlı forvard komandasının altıncı qolunu vurub.