
Mahir Emrelidən “Dinamo”da növbəti qol
- 01 Noy 2023 23:00
- 321
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubunun heyətində növbəti qolunu vurub.
Rekord.az xəbər verir ki, 26 yaşlı hücumçu "Oriolik"ə qarşı ölkə kubokunun 1/8 final oyununda fərqlənib.
Emreli 77-ci dəqiqədə Zaqreb təmsilçisinin 7-ci qolunu vurub. O, 62-ci dəqiqədə meydana buraxılıb.
"Dinamo" rəqibini 8:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.