“Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin “Beşiktaş” klubuna təklif edilib.

Rekord.az xəbər verir ki, bu barədə “Yeni Asır” məlumat yayıb. Məlumata görə, “Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın 23 yaşlı futbolçunu bəyənib. Klublar arasında danışıqların olmadığı bildirilir.

Mahir Azərbaycan Premyer Liqasının cari mövsümündə iştirak etdiyi 6 oyunda 6 qolla yadda qalıb.