
“Liverpul”dan yeni mövsüm üçün ilk transfer
- 23 May 2022 18:44
- 451
“Liverpul” klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi “Fulhem”in yarımmüdafiəçisi Fabio Karvalyonu heyətinə qatıb.
19 yaşlı futbolçu iyulun 1-dən “Liverpul”a qoşulacaq.
Portuqaliyalı futbolçu bu mövsüm meydana çıxdığı 36 matçda 10 qol vurub, 8 ötürmə edib.