"Liverpul" İngiltərə Premyer Liqasında antirekorda imza atıb.


Rekord.az xəbər verir ki, bu, Mersisayd təmsilçisinin 37-ci turda "Brayton"a yenilməsi (2:3) sayəsində mümkün olub.


"Qırmızılar" qızıl mükafatı təmin etdikdən sonra çempionatda keçirdiyi üç matçın heç birində qalib gələ bilməyən ilk komandadır.


"Liverpul" daha əvvəl "Arsenal"la heç-heçə (2:2) edib, "Çelsi"yə isə məğlub (1:3) olub.


Arne Slotun baş məşqçisi olduğu kollektiv sonuncu turda "Kristal Pelas"ı qəbul edəcək.