Fransanın “Nant” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Raymon Domenek çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 68 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. Yeni vəzifədə ilk sınaq yanvarın 6-da "Renn"ə qarşı olacaq. Domenekin son iş yeri 2004-2010-cu illərdə rəhbərlik etdiyi Fransa millisi olub. 

"Nant" Fransa çempionatındakı son 8 oyununda qələbə qazana bilməyib. Komanda 17 turdan 15 xalla 16-cı pillədə qərarlaşıb.