"Trabzonspor"un futbolçusu Ahmetcan Kaplan karyerasını Fransada davam etdirə bilər.

Rekord.az xəbər verir ki, "Lill" 19 yaşlı müdafiəçiyə "elçi düşüb". Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Fransa klubu yayda müdafiəçinin transferi üçün "Trabzonspor"la danışıqlara başlayacaq.

​Ahmetcan bu mövsüm Super Liqada 11 matça çıxıb. O, Türkiyənin U-19 yığmasının da üzvüdür.