Məlum olduğu kimi, Almaniya millisinin üzvləri Yaponiya ilə matçdan öncə ağzılarını bağlayaraq foto çəkdirmiş və bu foto qısa vaxtda gündəm olmuşdu. Belə ki, almanlar qollarına üzərinə "One Love" yazılmış və göy qurşağının rənglərinin əks olunduğu sarğını taxmaqla LGBT-ə dəstək olmaq istəyib. FİFA isə Qətər hökumətinin tələbi ilə bunu qadağan edincə Almanya millisinin üzvləri məlum addımı ataraq FİFA-ya və Qətər hökumətinə öz etirazlarını çatdırmış oldular.

Rekord.az xəbər verir ki, əslində məsələ bir qədər fərqlidir.

Sən demə LGBT ilə bağlı təşəbbüsə "yox" deyilməsinı etiraz olaraq, ağzı bağlı şəkil çəkdirmək təklifi yalnız iki futbolçudan - Manuel Niyer və Leon Qoretskadan gəlib. Coşua Ximmikdən başqa millijnin digər üzvləri bu təklifə isti baxmayıb və dəstəkləməyib. Hətta buna tənqidi yanaçanlar da olub. Sadəcə, sonradan güzəştə gediblər.