
"Lex"lə oyunda zədələnən Şahruddinin durumu necədir?
- 07 İyl 2022 20:25
- 533
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə səfər görüşündə zədələnən "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin durumu ciddi deyil.
Rekord.az xəbər verir ki, klubun mətbuat xidmətindən qol.az-a verilən məlumata görə, həkimlər Şahruddinin komandanın sabahkı məşqində iştirak edə biləcəyini deyiblər.
Qeyd edək ki, millimizin də üzvü olan qolkiper "Lex"lə görüşün (0:1) sonlarında ayağından zədələnmişdi. Komandalar arasında cavab matçı iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.