
"Lex"in Bakı səfərinin planı
- 09 İyl 2022 18:21
- 532
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Qarabağ"la oyunu üçün Bakıya gələcək "Lex"in planı müəyyənləşib.
Rekord.az xəbər verir ki, "Lex" iyulun 11-də Poznandan birbaşa Bakıya uçaçacaq. Həmin gün 18:40-da Poznan klubunun baş məşqçisi Con van den Bromun "Tofiq Bəhramov" stadionunda mətbuat konfansı keçiriləcək.
Konfransdan sonra isə komanda oyunöncəsi son məşqinə çıxacaq.
“Qarabağ” – “Lex” matçı iyulun 12-də “Tofiq Bəhramov” stadionunda saat 20:00-da başlayacaq. Polşada keçirilən görüş "Lex"in 1:0 hesablı qələbəsilə başa çatıb.