
Levandovski Neymara çatdı
- 13:00
- 28
Polşalı futbolçu Robert Levandovski İspaniyanın "Barselona" klubunda vurulan qolların sayına görə Neymara çatıb.
Rekord.az xəbər verir ki, 37 yaşlı hücumçu buna La Liqanın VI turunda, "Ovyedo"ya qalib gəldikləri matçda fərqlənməklə nail olub.
Təcrübəli forvard komandada 105-ci qoluna imza ataraq hazırkı ölkə çempionunun sabiq üzvü Neymarın nailiyyətini təkrarlayıb.
Qeyd edək ki, Robert Levandovski 2022-ci ildən "Barselona"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.