Levandovski DÇ-2026-da oynamaq variantını istisna etmir
- 05 Dek 2022 16:00
- 402
Polşa millisinin hücumçusu Robert Levandovski DÇ-2026-da oynamaq variantını istisna etməyib.
Rekord.az xəbər verir ki, həmin vaxtı onun 38 yaşı olacaq.
Futbolçu bu yaşda mundalda oynamağın bir çox faktorlardan asılı olacağını bildirib: "Fiziki hazırlığa görə narahat deyiləm. Ancaq qərara təsir edə biləcək bir çox digır amillər var. Futbolu əhatə edən bəzi faktorlar var ki, həmin faktorlara görə sən özünü xoşbəxt, və ya, əksinə hiss edə bilrsən. Bütün bu faktorlar dünya çempionatında daha çox oyun keçirib-keçirməyəcəyimə təsit edəcək".