La Liqa klubunda yeni baş məşqçi
- 13 İyn 2026 23:00
- 34
Argentinalı mütəxəssis Martin Anselmi "Elçe"nin baş məşqçisi təyin olunub.
Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Mütəxəssislə 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Baş məşqçi daha əvvəl Çilinin "Union", Kolumbiyanın "İndependyente del Valye", Meksikanın "Krus Asul", Portuqaliyanın "Portu" və Braziliyanın "Botafoqo" komandalarına rəhbərlik edib.
Xatırladaq ki, ötən mövsümün yekunlarına əsasən "Elçe" İspaniya çempionatının yüksək divizionunun turnir cədvəlində 15-ci yeri tutub. Tarixi ərzində "yaşıl-zolaqlılar" iki dəfə Sequndanın qalibi olublar.