"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının final seriyasında "Neftçi"yə qalib gələrək (83:78) çempion olduqları oyunu şərh edib.


Rekord.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında yarışın çətin keçdiyini bildirib:


"Bu il çempionat çox güclü idi. Azərbaycan Basketbol Federasiyası böyük iş görüb. "Neftçi" komandasına finalda nümayiş etdirdiyi mübarizə əzminə görə təşəkkür edirəm. Komandamızı bu uğur münasibəti ilə təbrik edirəm. Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm", - deyə o bildirib.


Tərəflər arasında altı oyun keçirilib. Həlledici seriyada dördüncü qələbəni əldə edən "bayquşlar" qızıl medallara sahib çıxıblar.