“Kür” monteneqrolu legioneri ilə vidalaşdı
- 14:40
- 36
"Kür"ün qadın həndbolçulardan ibarət komandasının üzvü Sara Piraniçlə yollar ayrılıb.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.
Monteneqrolu həndbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, oyunçu 2024-cü ilin avqustunda komandaya cəlb olunmuşdu.