Futbol üzrə Azərbaycan Kubokunun 30 finalını tribunlarda ümumilikdə 300 minə yaxın - 289 min 463 seyrçi izləyib.


Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.


Turnirin 34-cü mövsümünün finalı 31-ci həlledici qarşılaşma olacaq. Bunadək 2001/2002 və 2019/2020 mövsümləri başa çatdırılmayıb. Baş tutan 31 finaldan biri – 2020/2021 mövsümünün matçı koronavirus pandemiyası üzündən tamaşaçısız keçirilib.


30 finalı ümumilikdə 300 minə yaxın – 289 min 463 seyrçi izləyib. Həlledici qarşılaşmaların orta göstəricisi 9649-a bərabərdir.


2009/2010 mövsümünün finalını isə rekord sayda 26000 tamaşaçı seyr edib. "Bakı" və "Xəzər Lənkəran" arasında keçirilən görüş ümumiyyətlə daxili yarışlarda qeydə alınan ən yüksək göstəricidir.


mövsüm finalda tamaşaçı


1992 1000


1993 10000


1993/94 1350


1994/95 5000


1995/96 5000


1996/97 5000


1997/98 5500


1998/99 8000


1999/00 6000


2000/01 2000


2001/02 -


2003/04 8000


2004/05 10000


2005/06 6000


2006/07 10000


2007/08 20000


2008/09 10000


2009/10 26000


2010/11 24000


2011/12 4300


2012/13 20000


2013/14 22000


2014/15 4500


2015/16 23000


2016/17 12800


2017/18 4500


2018/19 10000


2019/20 -


2020/21 -


2021/22 3500


2022/23 9000


2023/24 5500


2024/25 7513


Xatırladaq ki, cari mövsüm Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.