Kubokun finalçıları müəyyənləşdi
- 20 Fev 2026 23:35
- 35
Basketbol üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu, "Gəncə" və "Şəki" arasında keçirilən yarımfinal oyunundan sonra bəlli olub.
Bakı İdman Sarayında təşkil olunan matçda rəqibini 97:71 hesabı ilə məğlub edən Gəncə kollektivi adını finala yazdırıb.
Qərb təmsilçisinin həlledici raunddakı rəqibi "Ordu"nu 83:66 hesabı ilə üstələyən "Sabah" kollektivi olacaq.
Azərbaycan Kubokunun final matçı fevralın 22-də, saat 17:00-da başlayacaq.