
Konfrans Liqası: Həftənin ən yaxşısı adına namizədlər bilindi
- 10 Noy 2023 16:00
- 370
Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Rekord.az xəbər verir ki, bu ada ənənəvi olaraq 4 namizəd var:
Ceyson Svanthorsson (“Breydablik”, İslandiya), Dor Perets (“Makkabi”, Təl-Əviv, İsrail), Faris Mumbaqna (“Bodo Qlimt”, Norveç), Gift Orban (“Gent”, Belçika).
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində müəyyənləşəcək.