Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu avrokubokda ilk görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, ölkəmizin qitə miqyaslı yarışda yeganə təmsilçisi "Challenge Cup"ın 1/32 final mərhələsindəki Slovakiyanın "Slavia" klubudur. 

Cütün ilk qarşılaşmasında sevinən tərəf komandamız olub. Rəqibə yalnız bir set verən "Azərreyl"in ən məhsuldar oyunçusu Katerina Jidkova olub. Təcrübəli hücumçumuz slovakiyalıları 20 dəfə məyus edib. O, bu xallardan 17-ni hücumda, 2-ni blokda, 1-ni isə eyslə qazanıb. 

Komandamızın digər oyunçularından Aynur İmanova 14, Tatsiana Trafimova 11, Valeriya Kondratyeva 7, Nilufər Ağazadə 7, Leyla Parşkova 5, İlhamə Əliyeva 5 xal qazanıblar. 

Qeyd edək ki, cütün cavab matçı bu gün Voleybol Mərkəzində keçiriləcək.