Voleybolçu qadınlardan ibarət Azərbaycan yığması sabah qitə birinciliyində mübarizəyə başlayacaq. "Rekord.az" xəbər verir ki, millimizin blokçusu Anastasiya Mertsalova voleybolçularımızın oyuna hazır olduqlarını bildirib:

"Sabah Avropa çempionatında ilk oyunumuza çıxacağıq və rəqibimiz Çexiya yığması olacaq. Biz bu oyuna hələ Sloveniyadakı təlim-məşq toplanışında hazırlaşmağa başladıq və burada, Düsseldorfda video görüntülərlə davam etdik.

Hər bir oyunçunu izləmişik, rəqibin oyununa qarşı bizə müəyyən tapşırıq və göstərişlər verilib. Əlbəttə ki, məqsəd yalnız qələbədir. 

Artıq öz bacarıqlarımızı və hazırlıq prosesindəki tapşırıqları tətbiq etmək istəyirik.

Komandamız mübariz əhval-ruhiyyədədir, biz sona qədər mübarizə aparmağa hazırıq və səbirsizliklə sabahkı startı gözləyirik".