
“Komandam layiqli qələbə qazandı” – “Neftçi”nin baş məşqçisi
- 08 May 2025 23:20
- 33
"Oyunçularımız hücumda və müdafiədə cox möhtəşəm performans göstərdilər və xarakter nümayiş etdirərək qalib gəldilər".
Rekord.az xəbər verir ki, bunu "Neftçi" basketbol komandasının məşqçisi Daviti Çivçivadze "Sabah"la oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycan Basketbol Liqasının final seriyasının 4-cü matçında qeydə alınan 84:66 hesablı qələbəni şərh edib:
“Komandamın belə oyunun gördükdə çox sevinirəm. Ancaq bu final seriyasıdır və dörd qalibiyyətə kimidir. Növbəti görüşlərə hazırlaşmalıyıq, çünki çox çətin oyunlar olacaq. İnanıram ki, gələcək oyunlarda da ən yaxşı tərəfdən özümüzü göstərəcəyik. Komandamı layiqli qələbə münasibətilə ürəkdən təbrik edirəm".
Qeyd edək ki, "Neftçi" ardıcıl iki qələbə sayəsində hesabı bərabərləşdirib - 2:2.