Çimərlik voleybolçularımız daha bir beynəlxalq yarışda iştirak edəcək.  "Rekord.az" xəbər verir ki, voleybolçularımız Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Kartvela kubokunda mübarizə aparacaqlar. 

Gürcüstanın Tbilisi şəhərində 3-6 avqustda tarixlərində baş tutacaq beynəlxalq turnirdə ölkəmiz həm qadın, həm də kişi voleybolçularla təmsil olunacaq. Belə ki, qonşu ölkənin ev sahibliyi etdiyi yarışda üç qadın, bir kişi cütü iştirak edəcək.