Kolumbiya qrup birincisi, Portuqaliya ikinci oldu
- 06:00
- 31
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün daha bir qrupda (K) mübarizə yekunlaşıb.
Kolumbiya Portuqaliya ilə qarşılaşıb. Mayami stadionunda keçiriən matçda hesab açılmayıb – 0:0.
Konqo Demokratik Respublikası isə Özbəkistana qalib gəlib. Atlanta stadionunda baş tutan K qrupunun 3-cü turunun matçında Konqo 3:1 hesablı qələbəyə sevinib. Qələbə qazanan komandanın qollarını Yoan Vissa (68-pen, 90+1) və İbrahim Mayele (78) vurublar. Asiya təmsilçisinin heyətində isə Eldor Şomurodov 10-cu dəqiqədə diqqət mərkəzinə düşüb.
Bu nəticənin ardından xallarının sayını 4-ə çatdıran Konqo ən yaxşı qrup üçüncüləri arasına düşüb və tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Xalsız Özbəkistan isə mundialla vidalaşıb.
Kolumbiya qrupu 7 xalla birinci sırada bitirib. Portuqaliya isə 5 xalla ikinci sırada yer alıb. Hər iki yığma pley-offa vəsiqə əldə edib. Bu raundda Kolumbiya Qana, Portuqaliya isə Xorvatiya seçməsi ilə üz-üzə gələcək. Konqonun pley-offdakı rəqibi isə İngiltərə seçməsi olacaq.