
Klopp UEFA-nı tənqid etdi
- 08 May 2022 16:30
- 491
"Liverpul"un baş məşqçisi Yurgen Klopp UEFA-nı tənqid edib.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının finalında "Real"la qarşılaşacaqları oyun üçün iştirakçı komandaların azarkeşlərinə az bilet ayrılmasından narazı qalıb:
"Bizə və "Real"a cəmi 20 min bilet ayrılıb. Lakin stadionun azarkeş tutumu 75 min nəfərdir. Bəs, 35 min azarkeşin bileti haradadır?"
Qeyd edək ki, "Liverpul"la "Real" arasındakı həlledici matç mayın 28-də, Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.