Misli Premyer Liqasında 36-cı - son turun matçları çərçivəsində "Neftçi" səfərdə "Sabah"a 0:1 hesabı ilə məğlub olub.

Rekord.az xəbər verir ki, matçdan sonra "Sabah"ın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun oldu. İki qırmızı vərəqə alındı. Hər iki komanda kəskin, çox qol epizodları gördük. Yaxşı ki, qalib gəldik. Kubok oyunöncəsi bizə özgüvən verəcək.

- Final öncəsi sizi narahat edən nəsə var?
- Xeyr. Biz işləyirik. Az oynayanlara daha çox şans verdik ki, oyun ritmini tutsunlar. Çox oyun oynayanlara istirahət verdik. Sakit şəkildə finala hazırlaşırıq.

- ÇSKA-nın yubiley matçında yəqin ki, sabiq komanda yoldaşlarınızı, Valeri Qazzayevi final görüşünə dəvət etmisiz? Gələcəklər?
- Bilmirəm. Çətindir, amma demişəm (gülür). Kimi gördümsə, hamını finala dəvət etdim. Bəli, final görüşünü də müzakirə etmişik. Oyuna mütləq baxacaqlar. Amma harada baxacaqlarını bilmirəm. 

- Vladimir Qabulov Rusiya mətbuatına açıqlamasında bildirib ki, keçmiş komanda yoldaşları ilə birlikdə Vaqner Lavı “Sabah”a dəvət etməyinizi məsləhət bilir. Hətta deyib ki, Lav “Sabah”ı çempion edə bilər. Bu haqda düşünmüsüz?
- Vaqner çox yaxşı, ağıllı oyunçudur. Yaş artdıqca sürəti azalsa da, yenə də korpusundan istifadə edərək yaxşı oynayır, topu kontrol edir. Əslində, çətin sualdır. Bilmək olmaz Premyer Liqanın intensivliyən dözər, ya yox. Amma futbolçu kim Vaqner əla futbolçudur.