“Keşlə”də yaşanan maliyyə problemi və futbolçuların 3 aydır ki, maaş ala bilməməsi haqda məlumat vermişdik.

Rekord.az-a daxil olan məlumata görə, problem AFFA-dan qaynaqlanmır.

İş ondadır ki, federasiyanın nəzarətində olan klublar arasında ən böyük büdcə məhz “Keşlə”yə ayırılır-6 milyin manat. SOCAR idarəçiliyindəki son dəyişiklikdən sonra isə sözügedən qurumdan maliyyə alan sahələrin yoxlanışı aparılır. Bu mənada “Keşlə”yə ayırılan vəsaitin də araşdırılması aparılır. Yəni 6 milyon hara xərclənir, necə xərclənir. Bu yoxlama başa çatana kimi, kluba maliyyə ayırılması dayandırılacaq.

Qeyd edək ki, daha sonra “Sumqayıt” və “Səbail”lə bağlı da analoji yoxlamaların aparılması gözlənilir.